Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi gələn il də davam etdiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bu məqsədlə dövlət büdcəsindən 1,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.