Priqojinlə danışıqlar da Dyumin də iştirak edib?

Priqojinlə danışıqlar da Dyumin də iştirak edib?

Kreml sözçüsü Dmitri Peskov “Vaqner” rəhbəri Yevgeni Priqojinin rəhbərlik etdiyi silahlı üsyanın yatırılması danışıqlarında Tula vilayətinin qubernatoru Aleksey Dyuminin iştirak edib-etməməsi məsələsini şərh etməyib.

AzerTimes xəbər verir ki, Kreml rəsmisi jurnalistlərin bununla bağlı sualını cavabsız qoyub.

“Böyük təfərrüatlar barədə sizə məlumat verə bilmərəm”, – deyə o bildirib.

Qeyd edək ki, A.Dyumin Rusiya ictimaiyyətində kifayət qədər tanınmış insandır. Onun bir zamanlar Putinin şəxsi mühafizəsində çalışdığı bildirilir.

Teqlər: