Xəbər verdiyimiz kimi, ötən gün Moskvadan Sankt-Peterburqa uçan biznes-jetin Tver vilayətində qəzaya uğraması nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin və daha 6 vaqnerçi, o cümlədən 3 ekipaj üzvü ölüb.
AzerTimes xəbər verir ki, Priqojinlə birgə ölən vaqnerçilərin tərcümeyi-halından əsas məqamlar üzə çıxıb.
1. Valeri Çekalov – Priqojinin yaxın silahdaşlarından biri, Priqojinin xaricdə həyata keçirilən layihələr üzrə kuratoru, logistika şöbəsinin rəhbəri. O, bütün Suriya və Afrika layihələrinin bağlı olduğu “Europolis” MMC-nin təsisçisi olan “Neva” ASC-nin rəhbəri idi.
2. Dmitri Utkin – “Vaqner”in həmtəsisçisi və komandanlıq və döyüş hazırlığına cavabdeh, Priqojinin “sağ əli”, “Vaqner”də Priqojindən sonra əsas sima.
3. Yevgeni Makaryan – ləqəbi “Makar”. “Vaqner”in veteranlarından biri, əvvəllər polis olub. O, Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarəsi ilə qəzadan sağ çıxıb.
4. Sergey Propustin – Ləqəbi “Kedr”. 2015-ci ildən “Vaqner”də çalışırdı.
5. Aleksandr Totmin, ləqəbi “Tot”.
6. Nikolay Matuseyev. Suriyada vuruşub, snayperdir.
Xatırladaq ki, ötən gün Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy 600” biznes təyyarəsinin qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla on nəfər həlak olub.