Rusiya “Vaqner”in təsisçisi Yevgeni Priqojinin Sankt-Peterburqda axtarışlar zamanı tapılan 10 milyard rublunu geri qaytarıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Rusiya təhlükəsizlik qüvvələri iyunun 24-də aşkar edilmiş vəsaitləri, yəni 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı geri qaytarmaq niyyətində olmayıb:
“Lakin kimsə prosesə müdaxilə edib və vəsait Priqojinə geri qaytarılıb. Keçmiş üsyançı Peterburqa pul üçün şəxsən özü gəlməyib. Priqojinin yerinə onun sürücüsü pulları götürmək üçün rəsmi etibarnamə ilə Rusiyaya gəlib. Lakin bir çox məlumata görə, Yevgeni Priqojinin özü də həftəsonu Moskvada olub. Onun Rusiya paytaxtında bəzi görüşlərdə iştirak etdiyi də bildirilir”.
Qeyd edək ki, 27 iyun gecə saatlarında Priqojinin təyyarəsinin Misnkdən Moskvaya uçduğu barədə məlumat yayılmışdı.