Priqojinin təyyarəsi bu raketlə vurulub – ABŞ

Priqojinin təyyarəsi bu raketlə vurulub – ABŞ

ABŞ hakimiyyəti hesab edir ki, Yevgeni Priqojinin olduğu təyyarə Rusiya ərazisindən buraxılan “yer-hava” sinfinə aid raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” ABŞ-ın 2 məmuruna istinadla məlumat yayıb.

Adının çəkilməsini istəməyən rəsmilər məlumatın hələ ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.

Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində “Vaqner”in rəhbəri Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də var.

Teqlər: