“Vaqner”in təsisçisi Yevgeni Priqojinin təyyarəsi dördüncü dəfədir ki, Belarusun hərbi aerodromuna eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.
“Saat 11:05-də Yevgeni Priqojinin “Embraer Legacy 600” biznes-jeti (qeydiyyat nömrəsi RA-02795) Maçulişdəki hərbi aerodromda yerə enib. Təyyarənin Sankt-Peterburqdan uçduğu bildirilir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Priqojinin təyyarəsi daha əvvəl 27 iyun, 1 iyul və 11 iyulda Belarusa eniş edib.