Ağ Ev Tver yaxınlığında Yevgeni Priqojini daşıdığı iddia edilən təyyarə qəzasından xəbərdardır və onun ölümü təsdiqlənsə, təəccüblənməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.
“Biz bu xəbərləri gördük. Əgər təsdiqlənsə, bu, heç kəs üçün sürpriz olmamalıdır”, – o, X sosial şəbəkəsindəki hesabında Priqojinin mümkün ölümünü şərh edərkən yazıb.
Ağ Evin məlumatına görə, ABŞ Prezidenti Co Bayden artıq insidentlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.
Sərnişinlərin siyahısında Yevgeni Priqojinin də adı var.
Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.