Priqojinin ordusu Moskvaya gedir: Bu, ədalət yürüşüdür

Priqojinin ordusu Moskvaya gedir: Bu, ədalət yürüşüdür

Sosial şəbəkələrdə “Vaqner” muzdlu hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səs yazısı yayılıb.

AzerTimes xəbər verir ki, Priqojin bu addımlarının hərbi çevriliş olmadığını, ədalət yürüşünə çıxdıqlarını deyib.

“Rus ordusunun böyük əksəriyyəti bizi müdafiə edir, deyirlər ki, sağ olun, dostlar, siz həqiqəti deyirsiniz. Bizim hərəkətimiz heç bir halda Rusiya hərbi birliklərinə mane olmur və onlara qarşı deyil”, – Priqojin vurğulayıb.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.

Teqlər: