Priqojinin ölümü Putini zəiflətdi – Reznikov

Priqojinin ölümü Putini zəiflətdi – Reznikov

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin ölümü Rusiya diktatoru Vladimir Putinə etibar olmamasının sübutudur.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Priqojinin ölümü Putini zəiflətdi. Çünki bu, bütün dünyaya göstərdi ki, əgər o kiminləsə hansısa müqavilə bağlamaq qərarına gəlsə və bunu pozarsa, onda artıq ona etibar etmək olmaz.

Bir il əvvəl ciddi qüvvə sayılan “Vaqner” əslində artıq yoxdur. Onlar məğlub olublar”, – Reznikov bildirib.

Teqlər: