Priqojinin bütün media orqanları bağlanır

Priqojinin bütün media orqanları bağlanır

“Vaqner”in təsisçisi Yevgeni Priqojin şəxsən “Patriot” media holdinqinin ləğv olunduğunu elan edib. Hazırda bütün əməkdaşlar işdən çıxarılma mərhələsindədir.

AzerTimes xəbər verir ki, bu barədə Priqojin özü şəxsən elan edib.

Qeyd edək ki, Priqojinin media qrupları olan- “Ekonomika Seqodnya”, “Politika Seqodnya”, “Nevskiye Novosti”, “Narodnie Novosti”, “RİA FAN” və “PolitPuzzle” nəşrləri “Vaqner”in silahlı qiyamından sonra fəaliyyətini dayandırıb.

“Vaqner” üsyanı günü “Roskomnadzor” hərbi üsyanda iştirak etmək çağırışlarının yayılmasının qarşısını almaq üçün Priqojinin resurslarını bloklamağa başladı. İğtişaşdan sonra isə saytlar fəaliyyətini davam etdirdi.

Teqlər: