“Vaqner” rəhbəri Yevgeni Priqojinlə bağlı cinayət işi bağlanmayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS agentliyi Baş Prokurorluğa yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, istintaq davam edir.
Qeyd edək ki, Yevgeni Priqojinin üsyana başlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidməti ona qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.