Zelenski prezident seçiləndə razılaşmağa hazır idi. Bunun üçün Olimpin zirvəsindən düşüb onunla razılaşmağa getmək lazım idi.
AzerTimes xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
“Bu müharibə nəyə lazım idi? Müharibə ona görə lazlım idi ki, Şoyqu qəhrəman ulduzu alsın. Müharibə Rusiyanı idarə edən oliqarx klana lazım idi. Müharibə ona görə lazım idi ki, Medvedçuk Ukraynanın prezidenti olsun”, – Priqojin bildirib.
Onun sözlərinə görə, Ukrayna 8 il ərzində (2014-2022-ci illər) Donetski bombalamayıb:
“Sadəcə rus hərbçilərin oradakı mövqeləri atəşə tutulub. Bu illər ərzində Donbas Rusiya Prezident Administrasiyası əməkdaşları tərəfindən talan edilib. Ukrayna NATO ilə birlikdə Rusiyaya hücum etməyi planlaşdırmırdı. Rusiya Müdafiə Nazirliyi ictimaiyyəti və Putini aldadır”.