Priqojin yenə Rusiya MN-i “vurdu”

Priqojin yenə Rusiya MN-i “vurdu”

Rusiyada Prezident Vladimir Putini tənqid etmək üçün yeni məkan yaradılır və onun təşəbbüskarları heç nədən qorxmurlar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Buna misal kimi “Vaqner”in təsisçisi Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinə hücumları göstərilib:

“Priqojin yanvarın 18-də Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı rus qoşunları üçün döyüş bölgəsində bəzi şəxsi elektron cihazların istifadəsini məhdudlaşdıran və hərbçilərə daha sərt baxım standartları tətbiq edən yeni təlimatlarını tənqid edib. O, baxım standartlarına əməl etməyən rus əsgərlərini müdafiə edib. Bildirib ki, saqqal bir çox müsəlman və pravoslav döyüşçülər üçün adi haldır və əsgərlərin smartfon və planşetlərdən istifadəsi müasir müharibə üçün zəruridir. Priqojin vurğulayıb ki, müharibə telefonları anbara təhvil verən “təraş olunmuşlar”ın deyil, fəal və cəsurların işidir”.

Priqojin həmçinin Rusiya Müdafiə Nazirliyinin, eləcə də Rusiya Prezidenti Administrasiyasının məmurlarını tənqid edib. Bu tənqidlər üçün də müəyyən platformalar yaradılır. Rusiya Prezidenti Vladimir Putinin isə hələlik bu cür bəyanatlara görə senzuraya əl atmamaq qərarına gəldiyi iddia edilir.

Teqlər: