Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına 2 maydan sonra başlayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin deyib.
“Ukrayna ordusunun əks-hücum əməliyyatı ilə bağlı nə baş verir? Bu gün yağış yağır, 2 maydan etibarən yağış kəsəcək. Daha bir həftə lazımdır ki, torpaq qurusun. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hücuma hazır olacaq. Bu hücum 9 Mayda – Qələbə gününü pozmaq üçünmü olacaq? Ola bilər”, – o qeyd edib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tam irəliləməyə və cinahları kəsməyə hazırdır, ukraynalıların hücumu qaçılmazdır.