Təmizləmə başlayıb. Yevgeni Priqojinin ölümü Rusiya hakimiyyətinin qiyama görə verdiyi cəza idi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politolioq Marat Başirov deyib.
“Priqojin, Utkin və daha 8 nəfər, qəza. Heç bir məhkəmə olmayacaq, təyyarənin idarəetməsində ani problemlər olub. Hesab edirəm ki, 23-24 (iyun) tarixi Rusiya hərbçilərinin öldüyü və Rusiyanın imicinə böyük zərbənin vurulduğu bir qiyam idi. Bu o deməkdirmi ki, belə bitməli idi? Onlar və ölkə üçün ən yaxşı variant bu idi. Rusiya Qəhrəmanları həbsxanada ömürlük otura bilməzlər. İndi hər kəs Rusiyanın həyatındakı hazırkı mərhələnin qiymətini dərk etməlidir”, – Başirov bildirib.