“Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından ehtiyat etdiyinə görə Rusiyanın müdafiə naziri Sergey Şoyquya kömək üçün müraciət edib
AzerTimes xəbər verir ki, bu barədə Yevgeni Priqojinin mətbuat xidməti məlumat yayıb.
Priqojin müraciət məktubunda bildirir ki, martın sonu-aprelin əvvəlində Ukrayna Silahlı Qüvvələri geniş miqyaslı hücuma başlayacaq və hücum zərbələr “Vaqner” qrupunu digər hərbçilərlə əlaqəsini kəsə bilər.
Məhz buna görə də Yevgeni Priqojin Sergey Şoyqudan xahiş edir ki, hücumun qarşısını almaq məqsədilə bütün lazımi tədbirləri görülsün, əks halda bu, mənfi nəticələrlə gətirib çıxaracaq.