Yevgeni Priqojinə gəlincə, o, Sankt-Peterburqdadır. Bu səhər haradadır? Bəlkə səhər Moskvaya gedib…
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri ilə görüşündə deyib.
“Bu səhər mənə verilən məlumata görə, “Vaqner” döyüşçüləri öz düşərgələrindədir”, – Lukaşenko bildirib.
Prezident eyni zamanda onların ölkəyə yerləşdirilməsi halında Belarus üçün heç bir təhlükə görmədiyini qeyd edib.