Priqojin Rusiyanı ifşa etdi – 12 fakt

Priqojin Rusiyanı ifşa etdi – 12 fakt

Priqojinin qiyam cəhdinin üzə çıxardıqları:

1. Priqojini fikirindən daşındıranın məhz Lukaşenko olması Belarus liderini xarakter kimi önə çıxardı. Putin Lukaşenko qarşısında borclandı;

2. Rusiyalıların qiyamçı Priqojini və dəstəsini alqışla qarşılayıb, alqışla yola salması Putinin daxildə ciddi mənada nüfuzunun zədələndiyinə işarədir;

3. Çevrilişə cəhd göstərdi ki, Rusiya qiyam və yaxud da terrora açıq dövlətdir;

4. Üsyan yarımçıq da qalsa, Putin Rusiyasının gələcəyi adına muzakirə olunacaq çoxsaylı suallar meydana çıxardı;

5. Priqojin Ukraynada 100 min əsgərin öldüyünü dedi və 1,6 ay ərzində Rusiya Müdafiə Nazirliyinin gizlin saxladığı statistikanı ruslara və dünyaya çatdırmış oldu;

6. Priqojin Belarusa köçür, onun dəstəsində xidmətdə olan, lakin üsyana qatılmayanlar rus ordusuna, qatılanlar isə mülkü həyata keçir. Bu isə o deməkdir ki, “Vaqner” sıradan çıxarılır;

7. “Vaqner”in timsalında Rusiya peşəkar döyüşçülərdən məhrum olur;

8. “Vaqner” özəl hərbi şirkət olsa da, onun döyüş meydanını tərk edib, Moskvaya doğru hərəkətlənməsi dünyanın 2-ci hərbi gücündə nizamsızlıq olduğunu ortaya qoydu;

9. “Vaqner”in bir sutka tamam olmadan maneəsiz olaraq 800-900 km irəliləməsi və Rostov, Voronej kimi şəhərləri nəzarəti ələ götürməsi ölkədaxili təhlükəsizlik sisteminin işləmədiyindən xəbər verir;

10. Rusiya Qərb ölkələrinə və NATO-ya zəif tərəflərini göstərdi. Artıq Rusiya ordusu haqda “əzəmətli” mifi sarsıldı;

11. Əgər Şoyqu və Gerasimov vəzifələrində qalsa, ciddi hərbi-siyasi füqura çevriləcəklər;

12. Rusiya hərbi elitasında yüksək postlar tutan müsəlman və Qafqaz əsilli generallarla slavyan əsilli generallar arasında ən azı vəzifə uğrunda mübarizə sürətlənə bilər.

Teqlər: