Priqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə “Vaqner”in qiyamından dərhal sonra yox, indi?!
AzerTimes xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
Onun fikrincə, “Vaqner”in rəhbəri Afrikadan Moskvaya gəlib və oradan Peterburqa qayıdarkən vurulub:
“Qruplaşmanın bütün “komandanlığı” onunla birlikdə olub. Beləliklə, Priqojin və yaxın ətrafı sıradan çıxarıldı. Lakin “Vaqner” qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib. Görünür, qiyamdan sonra toxunulmayan Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub.
Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər”.