“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin iyulun 1-dən etibarən Moskvadadır.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatına istinadən məlumat yayıb.
İddiaya görə, Y.Priqojin Rusiya paytaxtında dövlət başçısı Vladimir Putin, həmçinin Rusiya Xarici Kəşfiyyat Xidməti və Rosqvardiyanın rəhbərliyi ilə görüşlər keçirir.