“Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar apardığı və razılaşma əldə etdiyi barədə məlumata münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“Belarus Prezidentindən heç bir təklif almamışam və heç nə qəbul etməmişəm. Bəzi danışıqlar olub, lakin uğursuz yekunlaşıb. Mətbuatda yazılanlar yalandır”, – Priqojin bildirib.
Qeyd edək ki, Priqojinin Teleqram kanalında təkzibi birmənalı qarşılanmayıb. Belə ki, təkzibin dərc edildiyi Teleqram kanalı dünən qeydiyyatdan keçib – baxmayaraq ki, artıq 50 min abunəçisi var.
Buna görə Priqojinin video-müraciət yayacağı gözlənilir.