Priqojin geri çəkilsə, ruslar onu məhv edəcək – Podolyak

Priqojin geri çəkilsə, ruslar onu məhv edəcək – Podolyak

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Baxmutda çətin vəziyyətə düşüb, çünki növbəti addımlarının hər biri onun məhvi ilə nəticələnə bilər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbəri Mixail Podolyak deyib.

“İrəliləmək olmaz, o zaman Ukrayna ordusu məhv edəcək. Geri çəkilsə də, Rusiya MN-nin cəza dəstələri məhv edəcək. Yerində qalmaq da olmaz. Onda da məhv edəcəklər. Sursat da verilmir. O zaman nə etmək lazımdır? Bütün dünya tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınmaq və finalı gözləmək…”, – Podolyak bildirib.

Teqlər: