“Vaqner”in rəhbəri Yevgeni Priqojin ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini qeyri-legitim hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə o, bəyanat yayıb.
“ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini terrorçu və qeyri-qanuni olaraq tanıyırıq”, – bəyanatda deyilir.
Qeyd olunur ki, “Vaqner” bu ölkələrin və digər məzlum ölkələrin xalqlarına ABŞ, Böyük Britaniya, Kanada hökuməti və İŞİD kimi terror strukturlarına qarşı mübarizədə hər cür yardım göstərəcək:
“Biz soyqırıma, neokolonializmə, özəl, dövlət və fövqəlmilli qurumlar tərəfindən terrora məruz qalmış dövlətlərin mülki əhalisini qoruyacaq və dəstəkləyəcəyik”