Priqojin Belarusda şirkət açdı

Priqojin Belarusda şirkət açdı

“Vaqner”in təsisçisi Yevgeni Priqojin Belarusda “Concord Management and Consulting” adlı Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində məlumat dərc olunub.

Məlumata görə, iyulun 19-da MMC Moqilev vilayət icraiyyə komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Şirkətin əsas fəaliyyətinin daşınmaz əmlakın idarə edilməsi olacağı bildirilir.

Teqlər: