Priqojin Batyanı pis vəziyyətdə qoydu

Priqojin Batyanı pis vəziyyətdə qoydu

Belarus Prezidenti Aleksandr Lukaşenko Yevgeni Priqojinin Minskdə yox, Rusiyada olması barədə açıqlama verib. İstisna deyil ki, Priqojin Lukaşenko və Putinlə bağlanan sövdələşməni bəyənməyib. Onun uğursuz üsyanından həftələr keçsə də, müqavilənin təfərrüatı hələ də məlum deyil. Çox güman ki, Priqojin sövdələşmənin bir hissəsini yerinə yetirmək istəmir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Lukaşenko bildirib ki, vaqnerçilər ya Ukraynada, ya da Rusiyadakı səhra düşərgələrindədirlər, lakin Priqojin həm Sankt-Peterburqda, həm də Moskvada ola bilər. O, ölkədə “Vaqner” üçün yeni hərbi düşərgələrin tikildiyi barədə mətbuata verilən açıqlamaları təkzib edib. Lukaşenko deyib ki, o, Priqojinə Sovet dövründə tərk edilmiş hərbi bazaları, o cümlədən Osipoviç bölgəsində yerləşən hərbi bazaları təklif edib. Lakin Priqojin düşərgələrin yerləşməsi ilə bağlı fərqli baxışlara malik olduğundan hələlik bu hərbi bazaya yekun cavab verməyib. Kreml mətbuatı Priqojinin hazırda Rusiyada olduğunu iddia edir, lakin bunun hələlik vizual təsdiqi yoxdur. Rusiyanın müxalifət nəşrləri isə iyulun 6-da Priqojinin təyyarəsinin Rostov vilayətinə eniş etdiyini, daha sonra Moskva vilayətinə yollandığını yazır. İyulun 1-i və 2-də Priqojinin Moskvada, iyulun 4-də isə Sankt-Peterburqdakı FTX binasında göründüyü barədə iddialar da yayılıb. Kreml sözçüsü Priqojinin Rusiyadakı hərəkətini izləmədiklərini bildirib. Lakin Peskovun bütün bu açıqlamaları absurddur, xüsusən də “Putinin aşpazının” kiçik silahlarını FTX-dən götürməsi fonunda”, – məlumatda deyilir.

Qeyd olunur ki, Lukaşenko Priqojinlə razılaşmadan uzaqlaşmaq qərarına gəlib:

“Üstəlik, Belarus Prezidenti vaqnerçilərin və Priqojinin rus olduqlarını xüsusi olaraq vurğulayıb, bu da onların harada olması ilə bağlı sualın Rusiyaya ünvanlanması deməkdir. Lukaşenkonun ritorikası onun sövdələşməyə görə Kremlin məsuliyyət daşıdığını göstərə bilər”.

Teqlər: