“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiyada iyun qiyamından sonra ilk dəfə videomüraciət edib.
AzerTimes xəbər verir ki, Priqojin harada olduğunu açıqlamasa da, kadrlardakı görüntülərdən onun Afrikadan çağırış etdiyi ehtimal olunur.
O, müraciətində Afrika xalqlarına azadlıq və firavanlıq diləyib, terror qruplarına qarşı amansız mübarizənin davam edəcəyini bildirib.