Çexiyanın keçmiş baş naziri, prezidentliyə namizəd olan Andrey Babişə təhdid məktubları göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə Andrey Babiş məlumat verib.
Onun sözlərinə görə, məktubun mətnində hədə-qorxu və zərfin içində canlı patron da olub:
“Söhbət prezidentliyə namizədi və onun ailə üzvlərini qorxutmaqdan gedir, bu, azad cəmiyyətdə baş verməməlidir”.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılıb.