Prezidentliyə namizəd olan 65 yaşlı subay kimdir?

Prezidentliyə namizəd olan 65 yaşlı subay kimdir?

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin sayının 16-ya yaxınlaşmasının özü artıq şok sayıla bilər.

Azərbaycanın prezident seçkisi tarixində belə aktivliyi xatırlamıram – hətta 2003-cü ildə də seçki yarışında bu qədər istəkli olmayıb.

Qəribədir: Qarabağı tam azad edən, Xankəndidə parad keçirən Prezident İlham Əliyevin reytinqinin az qala 99 faizə qalxdığı bir vaxtda bu cəsarətdə bulunanlar kimlərdir?

“Əliyevin rəqibi olmuş” statusuna iddia edənlərin bəzilərinin tərcümeyi-halına baxanda isə ikinci şok yaşadım – daha doğrusu, namizəd olacağını ictimai şəkildə elan edən Sarvan Kərimova. Onun imza toplayıb-toplamayacağı və qeydiyyata alınıb-alınmayacağı, ümumiyyətlə, namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyi ayrı məsələdir.

Əsas odur ki, 2024-cü il seçkilərinə qatılmaq istəyən şəxsin özünün öz əliylə yazdığı tərcümeyi-halda, az qala, 2024 səhv var.

Məsələn, sitat: “1992÷93 – cü illərdə də könüllü özünü müdadiə batalonunların birində Qarabağda Vətənimizin müdafiəsində zabit kimi iştirak etmişəm. (Bildiyiniz kimi o vaxtlar indikilərin bir çoxları Moskvada kurtka alveri edirdilər)”.

Bu avtobioqrafiyanı yazan şəxsin “fərdi elmi yaradıcılıqla” məşğul olduğunu bildirməsi də bir ayrı aləmdir.

Dosyedən seçmələr:

– 65 yaşlı namizədimiz subaydır;

– 280 manat minimum əmək pensiyası alır;

– Aldığı əlavə 80 manat veteran pulunun 60 manatını da kommunal xidmətlərə və nəqliyyata xərcləyir;

– hazırda müstəqil şəkildə elmi fəaliyyətlə məşğuldur və təkcə Azərbaycanı deyil, bəşəriyyəti bir sıra təhlükələrdən xilas edəcək…

“Fərdi alim”in bu cür mükəmməl tərcümeyi-halında çatışmayan cəhətlər də var: prezidentliyə namizəd olacağını iddia edən Sarvan baba başını hansı firmadan olan şampunla yuyur, sevdiyi dondurma hansıdır, 2024-cü ildə Şaxta Babadan nə istəyir?..

Teqlər: