Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan”da aviaşounu izləyiblər (FOTO)

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda
ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalında iştirak ediblər.

AzerTimes xəbər verir
ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı
çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə
keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən
biri olub.

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci
xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin
rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu
izləyiblər.

Teqlər: