Prezidentlər Cəbrayılda ağac əkdilər

Prezidentlər Cəbrayılda ağac əkdilər

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verdi.

Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxdılar.

Teqlər: