Prezidentin yüksək vəzifə verdiyi İdayətov kimdir? – Dosye

Prezidentin yüksək vəzifə verdiyi İdayətov kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

AzerTimes xəbər verir ki, S.İdayətov 10 may 1980-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə əlavə ali təhsil alıb.

2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə “Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu” ASC-də sədr müavini, 10 noyabr 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

Teqlər: