Xəbər verdiyimiz kimi, İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes xəbər verir ki, general-leytenant rütbəsi verilən general-mayor Etibar İsmayıl FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. General-mayor rütbəsi verilən polkovnik Şahin Mirzəyev isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir.
Prezidentin “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verdiyi daxili xidmət polkovniki Aqşin Kazımov FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. “Daxili xidmət general-mayoru” rütbəsi verilən polkovnik Asif Eltufat oğlu Məmmədli isə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini – Qərargah rəisidir.