Prezidentin xüsusi nümayəndəsindən Qubadlı paylaşımı

Prezidentin xüsusi nümayəndəsindən Qubadlı paylaşımı

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.

AzerTimes xəbər verir ki, paylaşımda qeyd olunur:

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”.

Teqlər: