Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Emin Hüseynov Tvitter hesabında paylaşım edib.
Səfər çərçivəsində Emin Hüseynov Macarıstan Xarici işlər və Ticarət Nazirliyində Dövlət Katibinin müavini Katalin Bihari, Adam Ştifter və digər rəsmi şəxslərlə görüşüb.