Prezidentin təltif etdiyi komitə sədri haqda maraqlı fakt

Prezidentin təltif etdiyi komitə sədri haqda maraqlı fakt

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev YAP-ın yaranmasının 30 illiyi ilə bağlı bir sıra şəxsləri təltif edib.

AzerTimes xəbər verir ki, təltif edilənlər arasında olan deputatlardan biri də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Sadiq Qurbanovda var.

Sadiq Qurbanov gənc yaşlarından əliyevçi kimi tanınıb. Hələ 19 yaşında BDU-nin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olarakən “yaş senzi”nə qarşı mübarizə aparan azsaylı şəxslərdən olub. O, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının ilk sədri vəzifəsini də tutub.

Sadiq Qurbanov hazırda YAP-ın Nəzarət-Təftiş Komitəsinin üzvüdür. O, bu il “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı elmi-monoqrafiya da dərc etdirib.

Teqlər: