Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının maaşları artdı

Xəbər - Humay Ağacanova – Trend:

Bu gündən Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının maaşları artılıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.


Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Teqlər: