Prezidentin müsahibədəki təklifini İrəvan qəbul etdi

Prezidentin müsahibədəki təklifini İrəvan qəbul etdi

Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da ciddi müzakirə edilir, Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışırlar. Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır, Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir, taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan “mübarizəyə” səsləyirlər.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.

O bildirib ki, radikallardan fərqli olaraq, Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar:

“Halbuki Ermənistanın hakim partiyasının üzvləri və elə Baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlığın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. İlham Əliyevin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır”.

Teqlər: