Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Neftçi” futbol komandasını UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, Prezidentin köməkçisi təbrikini Tvitter hesabında edib.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin “Aris” klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” rəqibinə 3 cavabsız qalib gəlib.