Xəbər verdiyimiz kimi, ötən gün vəfat edən millət vəkili Qənirə Paşayeva bu gün İkinci Fəxri xiyabanda dəfn olunub.
AzerTimes xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Şahin Mustafayev, deputat həmkarları, ailə üzvləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.