Prezidentin “general” rütbəsi verdiyi hərbçilər kimlərdir? – Foto

Prezidentin “general” rütbəsi verdiyi hərbçilər kimlərdir? – Foto

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları polkovnik Bəhmən Rza oğlu Babayev, polkovnik Əyyub Vəli oğlu Məmmədov və polkovnik Nəsib Tahir oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.

Qeyd edək ki, Bəhmən Babayev hazırda Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində xidməti fəaliyyətini davam etdirir. O, bu vəzifəyə qədər DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

Əyyub Məmmədov isə Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisidir. O, 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Çevik Hərəkət briqadasının komandiri Nəsib Mirzəyev İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Prezident İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Eləcə də müxtəlif vaxtlarda “Hərbi xidmətlərə görə” medalı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Teqlər: