Prezidentin Fuad Muradovla bağlı sərəncamı…

Prezidentin Fuad Muradovla bağlı sərəncamı…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşını, o cümlədən sədr Fuad Muradovu təltif edib.

AzerTimes xəbər verir ki, komitənin yaranmasının 20 illiyində F.Muradov Prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Bununla bağlı Fuad Muradov Tvitter səhifəsində paylaşım edərək, Prezidentə təşəkkürünü bildirib:

“Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik”.

Teqlər: