Prezidentin əlillərə qayğısı: Vətən üçün edilənlər unudulmur

Prezidentin əlillərə qayğısı: Vətən üçün edilənlər unudulmur

Biz növbəti dəfə dövlətin hər bir vətəndaşına, xüsusilə də qayğıya, diqqətə ehtiyacı olan Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçılarına verdiyi diqqətin şahidi olduq.

Bu sözləri AzerTimes-a millət vəkili Jalə Əliyeva Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi haqda danışarkən deyib.

O bildirib ki, bu sərəncam bir daha ölkədə sosial ədalət prinsipinin təmin edilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan əhəmiyyətli addımların davamıdır:

“Bu, atılan ilk addım deyil. Bilirik ki, ölkəmizdə sosial inqilab həyata keçirilir. Bu, son dövrlərdə müxtəlif təbəqələrin sosial şəraitinin, rifahının yaxşılaşdırılması istiqamətində prezidentimiz tərəfindən ardıcıl verilən sərəncamların davamı kimi qiymətləndirilməlidir.

Prezidentimizin də dediyi kimi, bu, ölkəmizdə insan amilinin və kapitalının çox əhəmiyyətli bir yerə gəldiyinin göstəricisidir. Bu, bir daha onu göstərir ki, dövlətimiz öz şəhidlərinə, qazilərinə, onların keçdiyi yola, xidmətlərinə böyük ehtiramla yanaşır, onların Vətən üçün etdiklərini unutmur, heç bir zaman da unutmayacaq. Müharibə iştirakçıları hər bir zaman diqqət və qayğı ilə əhatə olunacaq”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın 30 ildə atdığı addımların hər biri bir məqsədə yönəlib:

“Torpaqlarımızın azad olunması və Vətənin bütövləşməsi istiqamətində istər 30 il bundan əvvəl canından, sağlamlığından keçən insanların həyatının konpensasiya edilməsi, istərsə də, yeni başa vurduğumuz 44 günlük Vətən müharibəsindəki qazilərin hər birinin problemlərinin həlli ölkəmiz, dövlətimiz üçün prioritet istiqamətlərdəndir.

Hətta 30 il bundan əvvəl verdiyimiz itkiləri də unutmadığımızı Prezident İlham Əliyev bu gün öz tapşırıqları, tövsiyyə və sərəncamları ilə ortaya qoyur.

Birinci Qarabağ müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması istiqamətlərində bu illər ərzində görülən işləri ölkə başçımız verdiyi tapşırıqlarla bir daha gündəmə gətirib. Bundan sonra da, dövlətimiz bu sahədə öz işlərini davam etdirəcək”.

Teqlər: