Prezidentin bu məsələyə toxunması təsadüfi deyil

Prezidentin bu məsələyə toxunması təsadüfi deyil

Prezident Qlobal Bakı Forumunda çıxışı ilə sübut etdi ki, qaldırdığı məsələlər təkcə ölkəmizin deyil, regionun xeyrinədir və qlobal təhdidlərin yumşaldılmasına xidmət edir. Bu baxımdan Bakı Forumunu yüksək qiymətləndirirəm.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

O əlavə edib ki, Rusiya-Ukrayna mübaribəsindən sonra logistika təhlükəsi yaranacağı ehtimal olunur:

“Bu baxımdan Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm malların tez çatdırılması, həm də ucuz daşınması baxımından effektivdir. Buna görə də forumda iştirak edənlər Zəngəzur dəhlizinin açılmasına töhvə verməlidir”.

Məsimli qeyd edib ki, dünyada ərzaq böhranı da hazırda ciddi təhdid sayılmalıdır:

“Azərbaycan Prezidentinin bu məsələyə diqqət ayırması təsadüfi deyil. Beynəlxalq qurular bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti ləngdir. Bu problem getdikcə dərinləşəcək və bunun qiymətlərin artması fonunda hər bir ölkəyə təsiri olacaq. Bizim qidalıq buğda ilə bağlı problemimiz var. Biz bu taxılın bir ölkədən asılılığını azaltmalıyıq. Eyni zamanda xaricdən alınan xeyli malları Azərbaycan özü istehsal edə bilər. Hesab edirəm ki, buna diqqət ayırmalıyıq”.

Teqlər: