Prezidentin 2024 hədiyyəsi: artıq qərar verildi

Prezidentin 2024 hədiyyəsi: artıq qərar verildi

Prezident İlham Əliyev Yeni il təbrikində 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını söyləyərkən, Kərkicahan, Malıbəyli, Turşsu kəndləri və Xocalı qəsəbəsi ilə yanaşı Xankəndinin də adını çəkdi. “İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” deyən dövlət başçısı bu prosesin sürətlənəcəyini vurğuladı.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Yeni il müraciətindəki müjdə ilə bağlı qeyd edib.

Politoloqun sözlərinə görə, Xankəndinin məskunlaşdırılması o deməkdir ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıdışını gözləyən deyil:

“Aydın oldu ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Demək qayıtmayacaqlar. Belə olan halda Xankəndiyə keçmiş məcburi köçkünlərin qaytarılması ilə yanaşı, şəhərin tamamilə məskunlaşdırılması siyasətinə də üstünlük veriləcək. Eyni məntiqlə Hadrutun da məskunlaşdırılması barədə qərar verilməsi mümkündür”.

Teqlər: