Prezidenti Münhenə səfərdə bu nazirimiz müşayiət edəcək

Prezidenti Münhenə səfərdə bu nazirimiz müşayiət edəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak üçün Almaniyaya səfər edəcək.

AzerTimes xəbər verir ki, Prezident İlham Əliyevi səfərdə xarici işlər naziri Ceyhun Bayramov da müşayiət edəcək.

Məlumat XİN tərəfindən saytımıza təsdiqlənib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Münhenə yollanıb. Onunla bərabər Anna Akopyan və XİN başçısı Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da gedib.

Teqlər: