Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana
telefonla zəng edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Prezident Rəcəb
Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona
qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində
uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident
İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf
edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib,
əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparıblar.

Teqlər: