ABŞ-ın 40-cı prezidenti Ronald Reyqana sui-qəsd hazırlayan Con Hinkli 41 il sonra azadlığa buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Con Hinkli Tvitter hesabında yazıb.
“41 il 2 ay 15 gün sonra Azadlıq!” – o bildirib.
Qeyd edək ki, Con Hinkli 1981-ci ildə ABŞ Prezidenti Ronald Reyqanı qətlə yetirmək məqsədilə ona atəş açıb. 25 yaşlı Con ardıcıl altı güllə atıb. Güllələrdən biri Ağ Evin mətbuat katibinin başına, biri polis əməkdaşına, üçüncüsü Ağ Evin kəşfiyyat agentlərindən birinə, sonuncu isə Reyqana dəyib.