Prezidentə sui-qəsd: sifarişçilər saxlanıldı

Prezidentə sui-qəsd: sifarişçilər saxlanıldı

ABŞ-da Haiti Prezidenti Jovenel Moizin ölümündə şübhəli bilinən 3 nəfər saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Şübhəlilər Venesuela əsilli amerikalı biznesmen Antonio İntriaqo, Kolumbiya əsilli ABŞ vətəndaşı Arkanxel Pretel Ortis və amerikalı maliyyəçi Uolter Vayntemill hesab edilir.

Bildirilib ki, İntriaqo və Ortis Floridada yerləşən CTU Security mühafizə şirkətinə sahibdirlər. Sözügedən kompaniya Haiti prezidentinin evinə hücum üçün 20 keçmiş kolumbiyalı hərbçi təyin edibmiş. Belə ki, Vayntemill əməliyyatın maliyyələşdirilməsi üçün 172 min dollar pul ayırmışdı.

Qeyd edək ki, J.Moiz 2021-ci ilin iyulun 7-də iqamətgahında öldürülmüşdü.

Teqlər: