Prezidentə efir qadağası qoyuldu – Kuryoz qərar – VİDEO

Meksika prezidenti Lopez Obradora efirə çıxmasına qadağası qoyulub.

Yenicag.az xəbər verir ki, Meksika Federal Seçki İnstitutunun qəbul etdiyi qərar əsasında 4 aprel – 6 iyun tarixləri aralığında Lopez Obradora efir qadağası tətbiq olunacaq.

Qadağaya səbəb olaraq prezidentin efirdən seçki təbliğatı aparmaq və müxalifəti tənqid etmək üçün yararlanması göstərilib.

Qərardan sonra rəsmi “Twitter” hesabından açıqlama verən Lopez efir qadağası qərarının senzura olduğunu və müəyyən dairələr tərəfindən onun susdurulmasına hesablandığını qeyd edib.

Obrador məsələ ilə bağlı hüquqi prosedurlara əl atacağını vurğulayıb.

www.yenicag.az