Cənab Prezidentimizin Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçılarına ayırdığı diqqətin hamımız şahidi oluruq.
Bu sözləri AzerTimes-a millət vəkili Fəzail Ağamalı Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi haqda danışarkən deyib.
O bildirib ki, sözügedən sərəncam dövlət başçımızın Qarabağ uğrunda döyüşən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçərək şəhid və qazi olan insanlarımıza göstərdiyi böyük dəyərdir:
“Prezidentimizin apardığı bu siyasət müharibə iştirakçılarına və onların ailələrinə verdiyi dəyərin bariz göstəricisidir. Bu bir daha onu sübut edir ki, İlham Əliyev Vətən üçün, dövlət üçün, Azərbaycanın bu günü və gələcəyi üçün döyüşən hər bir soydaşımızın, vətəndaşımızın yanındadır, onlara yüksək dövlət qayğısı göstərib, göstərir və bundan sonra da göstərəcək.
Düşünürəm ki, belə olduqda həm də Azərbaycan gənci Vətəninə daha böyük sevgi ilə, müqəddəs duyğularla yanaşacaq, bağlanacaq və xidmət edəcək. O igidlər Vətənə sadəqətin əvəzini hər zaman hiss edəcəklər.
Atılmış addıma görə cənab Prezidentimizə böyük təşəkkürümüz var”.